Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-05-2024 , 08:32

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Quba bələdiyyələrinin büdcə gəlirlərində 25 faizlik artım var

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Quba rayonunda formalaşan 34 bələdiyyənin büdcə gəliri 1.273.500 manat olub. Bu 2022-ci llə müqayisədə 24.5  faizlik artım deməkdir.

Əldə edilən gəlirin 33.1 faizi vergilərdən, 66.9 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 17.5 faizi torpaq,15.5 faizi əmlak vergisindən daxil olub.

Quba bələdiyyələrinin büdcə gəlirinin 52.8  faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Quba  bələdiyyələri ötən il 388.300 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 32.4 faiz çox deməkdir.  İl ərzində Quba bələdiyyələrinə 89300 manat dotasiya ayrılıb.  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 23.700 manat,    mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən bələdiyyə büdcəsinə 800 manat maliyyə vəsait daxil olub.

Bununla yanaşı bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən və  avtodayanacaqlardan bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər